Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Musavat.com-un Report-a istinadən məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü A.Alsanov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

01.10.2022 23:20
631