Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

05.08.2023 08:32
321