Gəncədə avtomobil aşıb, ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Musavat.com report-a istinadən xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

21.08.2023 15:09
559