Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.
Sonradan onun sükan arxasında öldüyü məlum olub.
İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçirib.
Faktla bağlı araşdırma aparılır.