Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosnun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərləniblər.
Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.