Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Ramiz Novruzovu vurub.
Piyada xəstəxanaya aparılsa da həyatını xilas emək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.