Gəncədə 46 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb

Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb. Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb. 46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

26.12.2022 23:07
398