Gəncədə 42 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

1980-ci ildə anadan olmuş Elmar Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

04.09.2022 01:22
585