Gəncədə 3 evdən oğurluq edilib, saxlanılan var

Gəncə şəhərində 3 həyətyanı sahədən su sayğacı, su mühərriki və müxtəlif inşaat materialları oğurlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq hadisələrində şübhəli bilinən yerli sakin A.Məmmədov saxlanılıb.

Qeyd edək ki, A.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

23.10.2022 04:08
594