Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində 1999-cu il təvəllüdlü E.Həsənov mübahisə zəminində bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin kim tərəfindən törədildiyi və mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.