Gəncəçay çayında meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub.
Çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F. Əmiraslanovadır.
Onun Gəncə şəhərində dilənçilik etdiyi, iki gün öncə Gəncə şəhərinə yağan güclü yağışlar nəticəsində Gəncəçay çayında suyun səviyyəsinin artması nəticəsində çaya düşərək boğulduğu ehtimal edilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov "Report"un Qərb bürosuna məlumatı təsdiq edib.
Onun sözlərinə görə, iyul ayının 30-da saat 18:00 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsindən qadın meyitinin olması barədə polisə məlumat daxil olub.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirilib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.