İmişlidə intihar hadisəsi baş verib.
İmişli rayonunun Murğuzalılı kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü Qəhrəmanov Rəhman Yaqub oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Onun meyiti yaxınları tərəfində bu gün səhər saat 6 radələrinə aşkar edilib.
İlkin məlumata görə, gənc oğlan sevdiyi qıza görə intihar edib. Hadisənin motivi açıqlanmır.
Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır./Lent.az