Rusiyada gənc cütlüyün yaşadıqları evdə meyitləri tapılıb.
Hadisə Yekaterinburqda, Naqornaya qəsəbəsindəki mənzillərin birində baş verib. 22 yaşlı oğlan və onun arvadının meyiti çarpayıda aşkar edilib.
Ehtimallara görə, mənzilin giriş qapısı içəridən bağlı ikən oğlan və qız qazdan zəhərlənib. Yaşayış sahəsinə baxış zamanı şübhəli toz aşkar edilərək ekspertizaya göndərilib.
Hazırda cütlüyün nədən öldüyü araşdırılır./Lent.az