Rusiyanın Saratov vilayətinin Leninski rayonunda gəlin toy ərəfəsində mübahisə zamanı bəyi bıçaqlayıb.
37 yaşlı Saratov sakini yanağının kəsilmiş yarası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Kişi toydan əvvəl gəlinlə dalaşdığını deyib. Sərxoş qadın mətbəx bıçağını götürərək kişinin sifət nahiyəsindən bıçaqlayıb.
36 yaşlı qadın günahını etiraf etsə də, planlaşdırılan toyun istənilən halda baş tutacağına əmin olduğunu bildirib. Qadına qarşı cinayət işi açılıb. (lent.az)