Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq

Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.

Musavat.com xəbər verir ki, qeyri-iş günləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində yer alıb.

Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

15.12.2023 19:33
1003