Gələn il neft qiymətləri azalacaq - Fitch

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentiyinin proqnozuna görə, 2023-cü ilin sonunda neftin orta qiyməti 80 dollar olacaq. 2024-cü ildə bu göstərici 75 dollara, 2025-ci ildə 70 dollara qədər azalacaq.

Agentlik analitiklərinin fikrincə, bu ilin sonunda yapon yeninin ABŞ dollarına nisbətdə məzənnəsi 145 yen/1 dollar, 2024-cü ilin sonunda 135 yen, 2025-ci ilin sonunda isə 125 yen civarında olacaq.

Yaxın üç ildə vahid Avropa valyutasının məzənnəsi 0,92 avro/1 dollar təşkil edəcək.

Funt sterlinqin 2023-2024-cü illərdə 1,25 dollar, 2025-ci ildə isə 1,2 dollar olacağı gözlənilir.

Çin valyutası üzrə bu ilin sonunda proqnoz 7,2 yuan/1 dollar, növbəti iki il üçün isə 7,3 yuan/1 dollar təşkil edir.

 

Musavat.com

15.09.2023 22:02
568