Gələn il inflyasiya bu qədər olacaq - Taleh Kazımovdan AÇIQLAMA

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankı sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu, iqtisadi aktivlik üçün əlverişli şərait yaradır.

T.Kazımov əlavə edib ki, növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

25.11.2024 13:56
1338