Gədəbəydəki insidentin pərdəarxası- Azərbaycanı qarışdırmaq istəyənlərin adları- ŞOK FAKTLAR, VİDEO, SƏS YAZISI

 

Gədəbəyin Söyüdlü kəndində məlum insident baş verəndən sonra bu, qısa zaman kəsiyində ölkə gündəminə çevrildi. Bütün səlahiyyətlilərin diqqət mərkəzi Söyüdlüyə yönəldi. İlk gün əhaliyə qarşı polis nəfərləri tərəfindən müəyyən kobudluq edilsə də, Daxili İşlər Nazirliyi dərhal həmin polislərin cəzalandırılacağı ilə bağlı açıqlama yaydı. Növbəti gün Baş nazirin tapşırığı ilə xüsusi komissiya yaradıldı, dövlətin nümayəndələri Söyüdlü kəndinə yollanıb, sakinlərlə görüşdülər, onların problem kimi gördükləri məsələlərin həlli istiqamətində qəti addımlar atılacağı bildirildi. Hazırda da bu istiqamətdə müvafiq qurumların nümayəndələri tərəfindən işlər aparılır. Xırda insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinin qarşısı alınıb.

1687429775_64941d207a39b64941d207a39c16874283835075eb0788202cb3de06bbf77359d736.jpg (440 KB)

Bəs necə oldu ki, dövlətin yanında olan vətəndaşlar birdən-birə polislə üz-üzə gəldi? Ucqar kənddə bu cür xoşagəlməz durumun yaranmasının arxasında kimlər dayanır?

Hadisədə Rusiya ilə bağlı olan “5-ci kolon”un iştirakına dair təkzibolunmaz dəlillər var ki, bununla bağlı faktları aşağıda təqdim edəcəyik.

Musavat.com-un əldə etdiyi məlumata görə, baş vermiş hadisə xarici xüsusi xidmət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil və idarə olunub, bu zaman sadə kənd əhalisi ilə manipulyasiya edilib.

344ca2a5-6d23-4529-900f-25ac61179f60.jpg (198 KB)

Yuxarıda qeyd etdiyimiz kimi, indiki zamanda bu cür qarışıqlıq kimə lazım idi?

Gəlin bir neçə ay öncəyə nəzər salaq. Azərbaycanın ekofəalları, dövlətimiz bir neçə ay bundan öncə Laçın-Xankəndi yolunda aksiya təşkil etdi və ermənilərin yataqlarımızdan qanunsuz istifadəsi, gizli yollarla silah daşımasının qarşısı alındı. Dolayısı ilə Azərbaycan Rusiyanın “Ruben Vardanyan layihəsini” dardamağın etdi və sülhməramlıların müvəqqəti nəzarətində olan yataqların qanunsuz istismarına imkan verilmədi.

Ardınca Azərbaycan Laçında keçid məntəqəsini qurdu. Bütün bunlar baş verən zaman ermənilər hər dəfə sərhəddə təxribatlar törətdilər. Hesab elədilər ki, bununla dövlətimizin qəti qərarlarına əngəl törədib, prosesi öz xeyirlərinə dəyişəcəklər.  Lakin buna nail ola bilmədilər. Azərbaycan hərb meydanındakı uğurları ilə yanaşı beynəlxalq siyasi meydanda da uğurlu siyasət apararaq düşməni sarsıtdı və artıq son həftələrlə Ermənistan da başa düşdü ki, sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur.  

 

Sülh müqaviləsi ilə bağlı gələn həftə ABŞ-da danışıqların növbəti raundu planlaşdırılır.

Bundan başqa, Azərbaycan dünən Londonda keçirilən Ukraynanın bərpasına dair konfransda iştirak edib və Ukraynaya humanitar yardımları davam etdirəcək.

Əlbəttə ki, bütün bu məqamlar əsasən bir ölkədə- Rusiyada narazılıq doğurub. Bununla da Azərbaycanda süni yolla qarşıdurma yaratmaq üçün təxribata start verilib.

Təxribatı kimlər törədiblər?

Etibarlı mənbələrdən Musavat.com-a daxil olan məlumata görə, sadə əhalinin manipulyasiyası ilə törədilmiş təxribatın əsas iştirakçıları bunlardır:

Afiq Allahverdiyev,

Etibar Cabbarov,

Dadaş Şirinov

dsvcs.jpg (22 KB)

A.Allahverdiyev və E.Cabbarov Rusiya Federasiyasının vətəndaşıdırlar, Rusiyada yaşayırlar. Hər iki şəxs hadisədən bir müddət əvvəl yasda iştirak adı ilə Gədəbəydə olublar.  Onlar kəndə böyük vəsait pulla gəliblər. Burada onlar kənd sakinləri arasında nüfuzlu, sosial şəbəkələrdən istifadə etməyi bacaran şəxsləri müəyyən ediblər. Bundan sonra 400 nəfərlik “Whatsap” qrupu yaradılıb.

Dadaş Şirinov qızıl yatağında işləyən şirkətdə sürücü kimi çalışıb və daim Allahverdiyev və Cabbarovla əlaqədə olub. Onun Allahverdiyevdən konkret təlimatlar aldığı məlumdur. O, həmçinin aksiyadan çəkilmiş görüntülərin  Tik-tok-da geniş yayılmasını təmin etməli idi. Bundan başqa, D.Şirinov təxribatın növbəti mərhələsində çalışdığı müəssisənin işçilərini də aksiyaya cəlb etməli və tətilə səsləməli idi.

“Whatsap” qrupu üzərindən danışıqlar zamanı A.Allahverdiyev Söyüdlü kənd sakinlərini “ekoloji problemlə” bağlı mütəmadi olaraq “məlumatlandırıb”, xüsusilə  yataqda “texnologiyanın standartlara uyğun olmaması, gölün üstünün açıq olması, sızıntı olması, gölün dolub daşması, insanların xəstə olması, ağciyər, xərçəng, damar xəstəliklərinin yaranması, insanların çətin nəfəs alması” və s. bu kimi amilləri əsas gətirərək dövlət qurumlarına etirazlar göndərilməsinə dair təlimatlandırıb.

İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirib, onları İcra Hakimiyyətinin qarşısına toplaşmağa çağırıb və s. Qrupda ən radikal addımlar atmağa dair çağırışlar olub ki, bunu da aşağıdakı səs yazılarından dinləyə bilərsiniz. Səs yazılarında  açıq şəkildə təxribatların hazırlanması üçün pul yığıldığı, aksiya edənlərlə bağlı hesabatların istənildiyi eşidilir. İnsanlar küçələrə çıxarılır.

Səs yazıları aşağıdakı videoda:

 

“Whatsap” qrupundakı danışıqlar və məkrli qərarlar


İnsident baş verən gün sakinlər məhz bu tapşırıqlara və göstərişlərə uyğun hərəkət ediblər.

AXCP üzvü Saleh Rüstəmov əfv edilib

Məlum olub ki, təxribatın hazırlanması zamanı təşkilatçılar Gədəbəyin keçmiş icra başçısı, bir müddət həbsdə olmuş AXCP üzvü Saleh Rüstəmov və onun oğlu Sezgin Rüstəmovla da təmasa keçiblər. Vaxtilə Moskva bazarlarından Əli Kərimli üçün pul toplaması ilə tanınan S.Rüstəmov və oğlu təxribatçılara lazımi dəstək olacaqlarına söz veriblər.

S.Rüstəmov mövzunu siyasiləşdirərək AXCP-nin gündəminə çıxarmalı, oğlu Sezgin isə gənclər arasında təbliğat işi görməli idi.

Nazim Bəydəmirli: “Deputatlar problemin nəticəsindən yox, səbəblərindən  danışsınlar”

Nazim Məmmədov (Bəydəmirli)

Əldə olunan məlumata görə, təxribatçıların Rusiya ilə bağlı “5-ci kolon” üzvlərindən olan keçmiş millət vəkili Nazim Məmmədov ilə də təmasları olub və N.Məmmədov Bakıdan bu proseslərin koordinasiyası ilə məşğul olub. Məlumat üçün bildirək ki, vaxtilə vergilər naziri Fazil Məmmədovun dəstəyi və Ramiz Mehdiyevin razılığı ilə parlamentdə təmsil olunmuş N.Məmmədovun bir müddət AXCP-yə maliyyə dəstəyi ayırdığı məlumdur.

İyunun 21-də  sakinlərdə peyda olan şüar və plakatlar kənddə deyil, Gəncədə sexlərdən birində hazırlanıb. Həmin sexin videosunu təqdim edirik:

Qarşıdurma zamanı xüsusi canfəşanlıq edənlərə pul verilib, onlara polisi təxribata çəkmək, onların özlərinə və ailələrinin ünvanına ağır söyüşlər səsləndirməklə hövsələdən çıxarmaq və sərt reaksiyaya təhrik etmək tapşırılıb.

e49d6223-4cd5-4f23-95d0-74433904a9b3.jpg (70 KB)

Təxribatın informasiya təminatı üçün Meydan TV, Toplum TV və bir sıra digər “bloger”lər əvvəlcədən hadisə yerinə gəliblər, bir neçə kamera ilə müxtəlif rakurslardan çəkiliş ediblər. Bu zaman polisə qarşı təhqir və zorakılıq halları göstərilməyib, yalnız cavab tədbirləri geniş çəkilərək yayılıb.

Bütün bunlarda əsas məqsəd – xırda insidenti böyüdərək dövlətə qarşı aksiyaya çevirmək olub.

Amma dövlətin çevik reaksiyası, vətəndaşların məsuliyyətli yanaşması və icra orqanlarının əhali ilə təması nəticəsində təxribatın qarşısı alınıb.

Bundan sonra da əhali ilə yuxarıda qeyd etdiyimiz kimi danışıqlar aparılacaq və kimlərinsə məkrli, xain istəkləri baş tutmayacaq.

Aksiyada qaldırılan plakatların çap olunduğu mətbəənin fotoları:

Musavat.com

 

 

22.06.2023 17:30
25699