Gədəbəy rayonunda qadın naməlum səbəbdən dünyasını dəyişib.
"Report"un məlumatına görə, 1996-cı il təvəllüdlü N. Abdullayeva ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qadının hamilə olduğu və ölüm səbəbinin hələlik tam məlum olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.