Gədəbəydə dörd nəfər dəm qazından zəhərləndi

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

03.01.2023 23:23
307