Gədəbəydə avtomobil dərəyə aşdı, ölənlər və yaralananlar var

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.//APA

03.08.2025 19:53
358