Gədəbəydə avtomobil aşdı, xəsarət alanlar var

Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Hərəkətdə olan "TOFAŞ" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.//APA

14.02.2025 21:08
207