Gədəbəydə 2 nəfər bıçaqlanıb

Gədəbəy rayonunda 2 nəfər bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düzrəsullu kəndində qeydə alınıb. Kənd sakinləri - 1982-ci il təvəllüdlü Ə.Rzayev və 1984-cü il təvəllüdlü Z.Bayramov mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan Z.Bayramovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

02.04.2022 19:55
287