Goranboyda 54 yaşlı kişi kəsici alətlə özünə ciddi xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
Gədəbəy rayon sakini, 1968-ci il təvəllüdlü Ş.Sadıqov qarın nahiyəsindən kəsici ailətlə özünə ağır xəsarət yetirib.
O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.