Gədəbəy sakini dəm qazından zəhərləndi

Gədəbəy sakini dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Belə ki, kənd sakini 23 yaşlı Günay Vəliyeva yaşadığı evdə halı pisləşib. Xəstəxanaya çatdırılan G.Vəliyevanın dəm qazından zəhərləndiyi məlum olub. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

30.12.2022 02:41
351