Gecəqondudan lüks villaya - Engin və Dilan Polat cütlüyünün keçmişi - FOTO

Bir müddət öncə çirkli pulların yuyulması iddiası ilə saxlanılan Dilan Polat və əri Engin Polatın 5 il əvvəl gecəqonduda yaşadığı məlum olub.

Türkiyə mətbuatı xəbər verir ki, Polat ailəsinin köhnə məhəllələrindən olan qonşuları Ataşehir rayonu Yenisahra məhəlləsindəki evlərinin cütlüyün yeganə mülkü olduğunu, Dilan Polatın gəldiyi evdə qayınanası və qayınatası ilə yaşadığını bildiriblər. 

Təxminən 5 il əvvəl Ataşehirdə Engin Polatın anası Şükran və atası Sezgin Polatla birlikdə yaşadığı 3 mərtəbəli evin görünüşü belədir:

Məlum olub ki, cütlüyün əvvəlki həyatı indiki lüks yaşantıları ilə tamamilə əlaqəsiz olub. Sakit və dinc həyat yaşayan cütlük Dilan Polatın doğum fotoqraflığına keçməsindən sonra yüksəlməyə başlayıb. İddiaya görə, naməlum mənbələrdən gələn pullarla gözəllik mərkəzi açan cütlük gecəqondudan Çekmeköydəki villaya köçüb.

Polat cütlüyü gecəqondu tərk etdikdən sonra Engin Polatın atası Sezgin və anası Şükriye Polat da Sancaktepedəki villaya köçüb. O gündən sonra köhnə məhəllədəki qonşuları onları bir daha görməyiblər. Sezgin Polat köhnə evini təmir etdirərək kirayə verib.

Engin Polatın valideynlərinin yaşadığı evdə qalan kirayəçi 3 ildir burada yaşadığını deyib:

"Onları da sizin kimi mediadan tanıyıram. Əvvəllər mənim müştərim olub, gəlib-gedirdilər. Peyk antenası biznesi ilə məşğul idi, belə tanış olduq. Qızı bizdən əvvəl burada yaşayırdı. Qızından sonra bizə kirayə verdi. 3 min 500 lirə kirayə haqqı ödəyirəm", - deyə o bildirib.

Məlumata görə, məhəllə sakini Mercan Dəmirtürk, "Biz Sezgin qardaşın əlində böyümüşük. O, bizim üçün böyük qardaş idi. Dilan Polat gəlin gələndən sonra kamerası ilə foto çəkməyə gedərkən gördük. Maddi durumları onlara kifayət edirdi. Onlar buradan köçəndən sonra nələrin baş verməsi ilə bağlı heç bir fikrimiz yoxdur. Qapının ağzında söhbət edirdik. Öz maşınları var idi. Sezgin qardaş taksi işi ilə məşğul idi. İcarəyə götürdükləri taksiləri var idi. Daşıma işində idi. O qədər də pis vəziyyətdə deyildilər. Təxminən 4-5 il əvvəl Sezgingil buradan köçdülər. Engin onlardan da 1-2 il əvvəl köçüb. Engin bəy əsgərlikdən gələndən sonra tikinti işləri ilə məşğul olurdu”.

Qeyd edək ki, barələrində həbs qərarı verilən 13 şübhəlidən biri də tutulub. Saxlanılan şəxsin Polat cütlüyünün vəkili Haydar Enes Çetinkaya olduğu məlum olub.

Baku.ws

03.11.2023 20:15
3829