"Gecə yata bilmirəm, psixoloqa gedəcəyəm" - Məleykə ağladı - VİDEO

"Türkiyədəki zəlzələdən sonra yata bilmirəm. Bütün günü görüntüləri izləyirəm. Psixoloqa müraciət edəcəyəm".

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Xəbər-ətər" verilişində deyib.

Aktrisa Türkiyədə baş verən zəlzələdən sonra gecələr yuxu yata bilmədiyini söyləyərək ağlayıb:

"Neçə gündür nə edirəm yata bilmirəm. Beyin ancaq oyaqdır. Böyük faciədir, dünyanın fəlakətidir. Hər gün tələbələri izləyirdim ki, tapılsınlar. Ruha anama görə inanıram (ağlayır). İnsanlar gərək həyata bağlansınlar, bir-birini sevsin. Ana övladını atıb getməsin". 

17.02.2023 18:14
1104