G7 ölkələrindən İrana sərt çağırış- Rusiyaya raket tədarükünü DAYANDIR



G7 ölkələrinin liderləri İrandan Rusiya Federasiyasına ballistik raketlərin tədarükünü dərhal dayandırmağı tələb ediblər.

Musavat.com xəbər verir ki, bu barədə nazirlərin Romada keçirilən görüşünün yekunlarına dair bəyanatda deyilir.

“İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsinə hər cür dəstəyi dərhal dayandırmalı və Ukrayna xalqına, eləcə də bütövlükdə Avropa və beynəlxalq təhlükəsizliyə birbaşa təhdid yaradan ballistik raketlərin, dronların və əlaqəli texnologiyaların tədarükünü durdurmalıdır...”
Sənəddə deyilir: “Biz İranı Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsinə qəbuledilməz dəstəyinə görə məsuliyyətə cəlb etmək niyyətindəyik və bu, qlobal təhlükəsizliyi daha da sarsıdır”.

15.09.2024 13:16
631