G7 liderləri Ukrayna üçün toplaşacaq - Görüşə Zelenski də qatılacaq

Ukrayna prezidenti Vladimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiya hökumtinin nümayəndəsi Hirokazu Matsuno bildirib.

Bu il G7-yə Yaponiya sədrlik edir.

Matsuno G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin əsas müzakirə mövzusu olacağını deyib: “Fikrimcə,

Yaponiya Rusiyaya qarşı sanksiyaların artırılması və Ukraynaya dəstəyin artırılması zərurəti ilə bağlı müzakirələrə təkan verəcək”.

22.02.2023 13:02
412