"İran Rusiyaya hərbi dəstəyini və ballistik raketlərin ötürülməsini təcili dayandırmalıdır".
Musavat.com xəbər verir ki, bu barədə Yeddilik Qrupu (G7) ölkələrinin XİN başçılarının Böyük Britaniya hökumətinin saytında dərc olunmuş birgə bəyanatında deyilir.
Sənəddə bildirilir ki, İslam Respublikası həm Ukrayna əhalisinə, həm də Avropa və beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə yaradan pilotsuz uçuş aparatlarının tədarükünü dayandırmalıdır.
Bundan əlavə, onlar Rusiyaya dəstəyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcəklərini bildiriblər.
Musavat.com