G20-yə qarşı COP29 həqiqəti: dünyanı milyardlar yox, niyyət xilas edəcək

 Bakıda “Yaşıl Dünya naminə” COP29 sammiti keçirildiyi bir zamanda okeanın o tayında  Böyük Qərb və Şərq iqtisadiyyatlarının liderləri Braziliyada keçiriləcək G20-nin illik sammitində bir araya gələcəklər. Bakı və Rio-de-Janevra dünyanın fərqli məkanlarında olsalar da formal olaraq hər iki toplantı eyni mərama xidmət etməliydi. Amma...

G7-yə qarşı G20 formatı

G20-nin formatı G7-yə bənzəyir, yalnız yeddi dövlət G7-nin bütün üzvləri ilə eyni səsvermə hüququna malik olan daha inkişaf etmiş və güclü 13 ölkə ilə digər platformada birgə toplanır. Rusiya kimi supergüc G7-nin G20-dən qat-qat az məhsuldar olduğunu, birtərəfli siyasi iradə göstərdiyini qeyd edərək G20-də 13 ölkənin yeddi dövlətin siyasi demaqogiyasına imkan vermədiyini bildirib. Çox güman ki, buna görə vaxtaşırı Moskvanın bir sıra güzəştlərə getdiyi təqdirdə G7-yə dəvət oluna biləcəyi ilə bağlı təkliflər səslənsə də Rusiya heç vaxt “Yeddilik” qrupuna qoşulmağa can atmayıb. Kreml bu kimi təkliflərə diplomatik dillə “Sağolun, amma biz artıq orada olmuşuq və bu, bizim xoşumuza gəlmədi, ilk iyirmilikdə kifayət qədər rahatıq"- deyə cavab verir

Зеленский отреагировал на разговор Путина с Шольцем | Новости Азербайджана  от Baku.ws - Последние события и Новости региона

Zelenski üçün bağlanan qapı

Braziliya sammitində diqqət çəkən məqamlardan biri də Zelenskinin G20 sammitinə dəvət olunmaması oldu.

Bu barədə məlumatı G20-yə uçmazdan əvvəl Berlində jurnalistlərə Olaf Şolts deyib:

“Əvvəlki görüşlərdən fərqli olaraq Zelenskinin bu görüşə dəvət edilməməsinə çox təəssüf edirəm. Mən də başqaları kimi Zelenskinin zirvəyə dəvət olunmasını çox fəal müdafiə etmişəm. Amma bu, baş vermədi”.

Zelenski orada çıxış etməyə çox ümid edirdi! İclasın sədri və sammitin aparıcısı, Braziliya prezidenti Lula da Silva görünür tədbiri və qonaqların əhvalını pozmamaq qərarına gəlib və Ukrayna liderini dəvət etməyib. Burada xəbəri niyə məhz Şolts, məsələn, Braziliya prezidenti açıqlamadığı maraq doğurur. Görünür, bu, son günlərdə Şoltsa qarşı “Pandora qutusu” ittihamının qısası idi.

Braziliyadan Kiyev üçün daha bir bəd xəbər sammitin yekun bəyannaməsinin müzakirəsi zamanı iştirakçı ölkələrin diplomatlarının onun işinin Ukrayna və Qəzzə münaqişələri ilə bağlı fikir ayrılıqları ilə pozulmaması üçün hər cür səy göstərməsidir.

Yekun balanslaşdırılmış sənədin qəbulu üçün hər iki məsələ gündəlikdən çıxarılıb. Ev sahibi ölkənin nümayəndəsi ümid etdiyini bildirib ki, Ukrayna böhranını müzakirə etməklə sammiti siyasiləşdirmək mümkün olmayacaq, çünki “Braziliya həmişə həm Rusiya, həm də Ukrayna ilə danışmaq imkanına malik ölkə olub”. Amma bu o demək deyil ki, 20 ölkə arasında bütün məsələlər həll olunub. Dərin böhran yaşayan G20 üçün ən ciddi sınaqlar qarşıdadır.

İyirmilik arasında 20 çat

ABŞ-ın yeni prezidenti Donald Tramp G20-nin əsas məqsədi olan əsas iqtisadi, təhlükəsizlik və inkişaf məsələləri üzrə iqlim sazişlərinə və digər razılaşdırılmış qərarlara əməl etmək niyyətində deyil. Rio-de-Janevraya gəlməzdən əvvəl Bayden dünyanın ən böyük tropik meşələri olan Amazon bölgəsinə səfər edən ilk ABŞ prezidenti oldu. Onun Amazona tarixi səfəri şəxsi öhdəliyini və Amerikanın həm ölkə daxilində, həm də xaricdə iqlim dəyişikliyi ilə mübarizədə davam edən öhdəliyini nümayiş etdirməsi oldu. Əslində isə bölgədə dünyanın gələcəyini təhdid edən təbii fəlakət yaşanır. Doqquz Latın Amerikası ölkəsində yerləşən Amazon hövzəsinin Fransa və Almaniyanın ərazisinə bərabər olan ərazi qədərində tropik meşələri nəzarətsiz şəkildə məhv olmaqda davam edir.

A redundant G20

 G20 sammitinin ev sahibi, Braziliya prezidenti Lula da Silva tropik meşələrin qorunması məsələsini qarşıdakı görüşün gündəliyinə daxil etmək niyyətindədir.  Amma bunun müvəqqəti və görüntü xarakteri daşıdığı aydındır. Çünki Baydendən fərqli olaraq Ağ Evin gələcək rəhbəri iqlim gündəminin ABŞ sənayesinin inkişafına və onun 2024-cü il seçkilərindəki “Amerikanı yenidən möhtəşəm et” şüarının həyata keçirilməsinə mane olduğuna inanaraq dünya birliyinin iqlim dəyişikliyinə qarşı gələcək mübarizəsində iştirakdan imtina etmək niyyətindədir. Trampın hələ də formalaşmaqda olan komandasının ABŞ-ın 2015-ci il Paris iqlim sazişindən yenidən çıxması da daxil olmaqla, iqlimlə bağlı bir sıra fərmanlar hazırladığı deyilir.

 2020-ci ildə Trampın ilk prezidentlik müddətinin sonunda da eyni addımı atılmışdı, lakin 2021-ci ildə prezident Bayden administrasiyası ABŞ-ı Paris Protokoluna qaytardı. Bu sammitdə Trampa xüsusi simpatiyası ilə seçilən Argentina prezidentinin də eyni yolu gedəcəyi şübhəsizdir. Başqa sözlə, hətta siyasi mövzular ortadan çıxarılsa belə sammitin yekun bəyannaməsi yalnız kağız olaraq qalacaq.

Bakının dünyaya göstərdiyi sülh və xilas örnəyi

G20 sammiti öncəsi COP29 çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC)  G20 liderlərinə müraciət edilib.

"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Zirvəsi önəmli bir mesaj üçün fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”, - deyə müraciətdə deyilir.

"Bu, qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olmaq üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur.  Dünyanın xeyli ölkəsinin nümayəndəsi COP29 çərçivəsində Bakıda keçirilən tədbirdə, panellərdə iştirak edir, faydalı çağırışlar, təkliflər, tövsiyələr səsləndirirlər.

Actions will speak louder than words: Article by COP29 CEO

Lakin fərqli səbəb və bəhanələr gətirərək tədbirə qatılmayan dövlətlər dövlətlərin bir çoxu məhz elə G20 üzv ölkələridir. Məsələn, Kanada, Hindistan, Çin, Avstraliya, Belçika, Norveç rəsmiləri COP 29 tədbirində iştirakdan imtina ediblər. Həmçinin, Almaniya, Braziliya, Böyük Britaniya, Rusiya rəhbərlikləri də müxtəlif səbəblərdən tədbirə qatılmdı. Tək elə bu fakt Brazilyaya guya təbiəti və dünyanı xilas etmək üçün toplaşanların iç üzünü göstərir. Azərbaycan isə konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Bəzi Qərb ölkə liderlərinin Bakıda keçirilən sammitdə iştirakdan niyə imtina etmələri ilə bağlı suala Belarus rəhbəri Lukaşenkonun cavabı bu mənada tam yerindədir:

"Onlar düşünürlər ki, hər şey yaxşı olacaq və iqlim dəyişməyəcək. Başqa sözlə, onlar düşünür ki, onsuz da keçinərlər. Keçinə bilməzlər. Amma onların gəlməməsindən narahat olmağa dəyməz. Allah görür!”.

Dünyanı isə böyük dövlətlərin milyardları yox, Azərbaycan kimi ölkələrin barış və inkişaf naminə gerçək niyyəti xilas edəcək!

 

Nəsimi Şərəfxanlı
Xüsusi olaraq Musavat.com üçün

18.11.2024 13:01
287