Misli Premyer Liqasının XXIV turu üzrə keçirilən "Qarabağ" - "Neftçi" matçında insident baş verib.
Musavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, ev sahiblərinin bərabərlik qolundan sonra "ağ-qaralar"ın qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib. Bu, "Qarabağ" futbolçularını özündən çıxarıb və xorvatiyalı qolkiperlə mübahisə ediblər.
Daha sonra isə "Neftçi" azarkeşləri Luka Quqeşaşvilinin qapısının arxasına pirotexniki vasitələr atıblar. Kapitan Emin Mahmudov tribunadakılara müraciət edib, sakitləşməklərini xahiş edib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.