Fransız xəbər agentliyi AFP X sosial media platformasına qarşı "xəbər müəllifliyi hüququ" ilə bağlı iddia açıb və platformanın sahibi İlon Maskdan sərt cavab alıb.
Agence France-Presse elan edib ki, İlon Mask Parisdə əvvəllər Twitter kimi tanınan sosial media platforması X-ə qarşı xəbər məzmununun yayılmasına görə vəsait ödəməyə dair müzakirədən imtina etdiyi üçün Parisdə məhkəmə iddiası qaldırıb.
Fransa 2019-cu ildə tətbiq etdiyi müəllif hüququ qaydasına əsasən tələb edir ki, onlayn platformalar istifadə etdikləri xəbərlərə görə onlardan qonorar tələb edən naşirlərlə danışıqlar aparsınlar. AFP X platformasının müəllif hüquqları ilə bağlı danışıqlardan açıq şəkildə imtina etməsindən narahat olduğunu bildirir.
İlon Musk isə X-də paylaşdığı mesajda AFP-nin bu addımını sərt sözlərlə tənqid edərək yazıb: "Bu, çox qəribədir. Onlar istəyirlər ki, biz onların saytına reklam trafiki çəkdiyimizə görə pul qazanmasaq da, onlara pul ödəyək?”
Qeyd edək ki, 2021-ci ildə Fransanın rəqabət məsələlərini tənzimləyən dövlət orqanı xəbər nəşriyyatları ilə görüş qaydalarına əməl etmədiyinə görə Google-u 500 milyon avro cərimələyib. Google daha sonra AFP və bir sıra digər aparıcı fransız xəbər agentlikləri ilə müqavilələr bağlayıb. Facebook da bəzi fransız nəşriyyatları ilə də müqavilə imzalayıb.
Musavat.com