Fransanın "La Voix du Nord" xəbər portalı "Pilotlar sona qədər mübarizə apardılar: Azərbaycan Hava Yolları təyyarəsinin qəzaya qədərki inanılmaz trayektoriyası" başlıqlı məqalədə Azərbaycan pilotlarının məharəti haqda yazıb.
Musavat.com xəbər verir ki, "Çərşənbə günü səhər Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin pilotları "FlightRadar24" saytının trayektoriyasında göstərildiyi kimi, təyyarəni təhlükəsiz yerə endirmək üçün əllərindən gələni ediblər." - , deyə məqalədə qeyd edilib.
Məqalədə bildirilib ki, Azərbaycan Hava Yolları” QSC-nin 8432 saylı reysinin pilotları təyyarənin məhv olmasına və sərnişinlərin yarıdan çoxunun həlak olmasına baxmayaraq, əsl möcüzəyə imza atıblar: "Çərşənbə axşamı, dekabrın 25-i, saat 05:25 radələrində göyərtəsində 67 nəfər olan "Embraer-190" təyyarəsi Rusiyanın hava məkanında radarlarda Qroznıya, təyinat yerinə yaxınlaşıb. İki saatdan sonra uzun müddət radarlardan itən təyyarə Qazaxıstanda qəzaya uğrayıb və pilotlar da daxil olmaqla 38 nəfər həlak olub".
Musavat.com