Fransız qoşunları Nigerdən BELƏ ÇIXIR

Son fransız qoşunları Nigeri tərk edir.

Musavat.com xəbər verir ki, bununla bağlı REN TV Nigerdəki Fransa bazasından fotoşəkillər əldə edib.

Belə ki, fotolarda Fransa kontingentinin son üzvlərinin bazanı tərk etdiyini görünür. Onlar dekabrın 22-də Nigeri tərk edəcəkləri təyyarələrə doğru hərəkət edirlər.

Qeyd edək ki, Fransa qoşunlarının Nigerdən çıxarılması oktyabrda başlayıb. Ümumilikdə, Afrika ölkəsindəki Fransa hərbi kontingentinin sayı təxminən 1,5 min nəfərdir.

Musavat.com

22.12.2023 17:17
822