Fransanın Ukraynaya "Mirage 2000" təyyarələrinin veriləcəyi VAXT AÇIQLANDI
Fransanın xarici işlər naziri Jan-Noel Barro bu gün Kiyevə səfəri zamanı bəyan edib ki, Ukraynaya ilk "Mirage 2000" döyüş təyyarələri 2025-ci ilin əvvəlində çatdırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, bu, Ukraynanın hərbi imkanlarını gücləndirmək məqsədi daşıyan yeni dəstək tədbirlərinin bir hissəsidir.