Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə RTL radiostansiyasının efirində bildirib.
Nazir qeyd edib ki, Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır: “Söhbət zenit sistemlərinin və zirehli texnikanın tədarükündən gedir, amma yalnız müdafiə məqsədi ilə”.
Səfər yaxın vaxtlara planlaşdırılıb.
Qeyd edək ki, S.Lekornu Ermənistana səfər edəcək Fransanın ilk müdafiə naziri olacaq.