Fransa Respublikası rəsmi şəkildə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivier Dekotinyi X şəbəkəsindəki mikrobloqunda erməni dilində 44 günlük savaşın ildönümünə həsr olunmuş yazı dərc edib.
“Dörd il əvvəl, 2020-ci il sentyabrın 27-də 44 günlük müharibə başladı. Fikrimiz döyüş meydanında həlak olan əsgərlərlə, onların ailələri və dostları ilədir. Yerablur Hərbi Panteonu”,-deyə onun yazısında bildirilir.
Musavat.com