Fransanın ən böyük muzeylərindən biri BAĞLANDI - ŞOK SƏBƏB

Fransanın ən böyük muzeylərindən biri yataq böcəklərinin yayılması səbəbindən bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə BFM TV kanalı məlumat yayıb.

Qeyd olunub ki, Marselin Avropa və Aralıq dənizi Sivilizasiyaları Muzeyinin əməkdaşları keçən bazar günü yataq böcəklərini görüblər.

Lakin muzeydə sanitar yoxlama yalnız cümə axşamı keçirilib.

Məlumata görə, zərərvericilər mədəniyyət müəssisəsinin ən azı dörd zalı və ofislərinin bir hissəsinə nüfuz edib.

Muzeyin saytında bəzi eksponatların sanitar səbəblərə görə müvəqqəti olaraq bağlandığı bildirilsə də, bunun yataq böcəkləri ilə əlaqəli olduğu açıq şəkildə deyilmir.

Musavat.com

07.07.2024 22:02
613