Fransanın ədliyyə naziri aksiyalara qoşulan uşaqların ailələrini hədələyib  

Fransanın ədliyyə naziri Erik Dupond-Moretti sərt xəbərdarlıq edib.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, nazir xəbərdarlıq zamanı ölkədə davam edən etirazlarda iştirak edən 17 yaşından kiçik yeniyetmələrin ailələrinin 2 il həbs və 30 min avroya qədər pul cəzası ilə üzləşə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Fransadakı etirazlar zamanı 1500-ə yaxın adam saxlanılıb, 200-dən çox polis əməkdaşı isə yaralanıb.

Musavat.com

02.07.2023 00:12
540