Fransanın Baş naziri sabah istefa verəcəyini bildirdi

Fransanın baş naziri Attal istefa verəcəyini, lakin yeni kabinet formalaşana qədər işləyəcəyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal özü deyib.

O, iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini qeyd edib. 

"Sabah mən istefa ərizəmi ölkə prezidentinə təqdim edəcəyəm", - Attal növbədənkənar parlament seçkisinin ilkin nəticələri dərc edildikdən sonra deyib. 

 

Musavat.com

07.07.2024 23:59
682