Fransanın Azərbaycandakı səfiri Tərtərdə minanın partlaması hadisəsiilə bağlı bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Enn Bollon minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olması xəbərinə dərindən kədərləndiyini bildirib.
"Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olması xəbərinə dərindən kədərləndim. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minatəmizləmə tədbirlərinə dəstəyini davam etdirir", - Fransa Azərbaycandakı səfir Enn Bollon yazıb.
Musavat.com