Fransalı nazir: Makron ELƏ DEMƏYİB

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornü söyləyib.

“Bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil”, – o qeyd edib.

Nazir bildirib ki, bazar ertəsi Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması.

Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.

27.02.2024 23:33
1317