Fransadan növbəti təxribat: “Ermənistanı və "Arsax"ı xilas edək" - FOTO

Fransa Azərbaycana qarşı növbəti təxribat nümayiş etdirib.

Konkret.az xəbər verir ki, oktyabrın 23-də Fransanın Marsel şəhərində “Yaddaş Qaçış” Assosiasiyası və “Fransa Erməni Gəncləri” Birliyi Marsel bələdiyyəsi ilə birgə “həmrəylik” yarışı təşkil edib. Yarış “Ermənistanı və “Arsax”ı xilas edək” adı altında keçirilib.

Yarışda ümumilikdə 800 qaçışçı, o cümlədən Buş-dyu-Ron departamentinin Eks-Marsel-Provens şəhərinin sədri Martin Vassal, Fransa Milli Assambleyasının deputatı Ann-Lorens Petel və digər parlamentarilər, ölkənin nümayəndələri, şəhər rəhbərliyi, jurnalistlər, fransız erməniləri və adi fransızlar iştirak edib. Bütün iştirakçılar üzərində “Ermənistanı və Artsaxı xilas edək” yazısı olan köynəklər yazılıb.

 

24.10.2022 17:20
1026