Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır.
Musavat.com xəbər verir ki, buna səbəb "Fransa-2" telekanalının aparıcılarının Paris Olimpiadasının açılışında Sena çayı boyunca bərələrdə üzən olimpiya komandalarının paradının yayımı zamanı Ermənistanla bağlı dedikləri olub.
Aparıcılar absurd iddialarla çıxış ediblər.
"Əlbəttə, ermənilər bizim dostlarımızdır, Ermənistan isə tarixən fransızların ürəyinə yaxın ölkədir. Bu il (keçən il - red) erməni xalqı üçün Azərbaycan Ordusunun əlinə keçən Dağlıq Qarabağın matəm və süqutu ilə əlamətdar oldu".
Cavanşir ABBASLI
Musavat.com