Fransa Mərkəzi və Qərbi Afrikadakı hərbi mövcudluğunu bir neçə yüz nəfərə qədər azaltmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, Fransa hakimiyyəti Qabonda 100-ə yaxın (hazırda ölkədə 350), Seneqalda 100 (indi 350), Kot-d'İvuarda 100 (indiki 600 ilə müqayisədə) və hazırda min fransız əsgərinin yerləşdiyi Çadda 300 hərbçini ixtisar etmək fikrindədir.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumata şərh verməkdən imtina edib.
Musavat.com