Bu ilin sentyabrın 29-da Fransanın Valens şəhərindəki Jan-Jermen stadionunda D5 futbol qrupunun oyunu zamanı türk azarkeşlərlə ermənilər arasında dava düşüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Nouvelles d'Armenie” məlumat yayıb.
Gələn informasiyaya görə, türk futbolçuların yer aldığı “FC Turkuaz” və erməni futbolçuların oynadığı “Ermənistan Ümumi İdman Birliyi” arasından oyun keçirilib.
Valens şəhərinin meri Nikola Daraqon davanın olduğunu təsdiqləyib.
Francebleu.fr saytının məlumatına görə, davada iştirak edənlər yüngül xəsarət alıb, polis gələn zaman stadion boş olub. Həbslər olmayıb.
Erməni mediası isə türk azarkeşlərin erməni futbolçulara hücum çəkdiyini, hətta iki futbolçunun yaralandığını iddia edib.
Musavat.com