Fransada 71 yaşlı kişi arvadına təcavüz etmələri üçün başqa kişiləri evinə çağırıb.
Musavat.com xəbər verir ki, məhkəmə 71 yaşlı kişinin xəstə olması, məhkəməyə gələ bilməməsi səbəbindən prosesin təxirə salıb. Məhkəmənin bu qərarı Fransanın müxtəlif şəhərlərində böyük etirazlara səbəb olub.
Məlumata görə, 71 yaşlı Dominik Pelikot (Dominique Pelicot) ayrı vaxtlarda azı 50 fərqli kişini evinə dəvət edib, əvvəlcədən dərman verdiyi arvadına təcavüz etdirib.
Avinyon şəhərindəki məhkəmədə hakim Rocer Aratanın Dominik Pelikotun xəstə olduğu üçün iclasa qatıla bilməyəcəyini və işin təxirə salınacağını bildirib. Prosesin təxirə salınmasından sonra ölkədəki qadın dərnəkləri qrup təcavüzünə məruz qalan 72 yaşlı Jizel Pelikot (Gisele Pelikot) üçün Paris, Marsel, Lion, Annesi və digər şəhərlərdə etiraz aksiyası keçirib.
Parisin Respublika meydanına toplaşan minlərlə qadın məhkəmənin qərarını pisləyib. Nümayişçilər əllərində “Utanc tərəfini dəyişməlidir”, “Qurbanlar, sizə inanırıq, təcavüzkarlar, sizi görürük”, “Qadınlara və uşaqlara qarşı zorakılığa son verin”, “Hər 3 gündə bir qadın qətli, 7 dəqiqədən bir zorlama” kimi pankartlar qaldırıblar.
Təcavüz belə üzə çıxdı
Dominik Pelikot 2020-ci ildə ilk dəfə supermarketdə qadınların ətəklərinin altından gizli fotolar çəkdiyi zaman təhlükəsizlik işçisi tərəfindən yaxalanıb və hadisədən sonra polis Pelikotun telefonunda və kompüterində onun həyat yoldaşının görüntülərini tapıb.
Polis onun həyat yoldaşı Jizel Pelikotu video-görüntülər barədə məlumatlandırıb. Məlum olub ki, Jizel dərmanın təsiri altında olduğu üçün məruz qaldığı cinsi təcavüzlərdən xəbərsiz imiş. Jizel Pelikot bundan sonra ərini tərk edib.
Sonradan araşdırma zamanı qzə çıxıb ki, Dominik Pelikot internet saytı vasitəsilə həyat yoldaşı ilə birlikdə yaşadığı evə kişiləri dəvət edib.
Fransız mətbuatında yer alan xəbərlərə görə, Dominik Pelikot evə gələn insanlara qadağalar da qoyubmuş. Belə ki, evə gələn kişilər yüksək səslə danışmamalı, ətirdən istifadə etməməli və paltarlarını mətbəxdə çıxarmalı idilər.
Təxminən 2 illik araşdırma nəticəsində polis 22-70 yaşlarında olan 72 təcavüzçüdən 50-nin şəxsiyyətini müəyyən edə bilib. Dominik Pelikotun kompüterində həmin anların 3800-dən çox foto və videosu tapılıb.
Musavat.com