Son bir həftə ərzində naməlum şəxslər 400-ə yaxın təhsil müəssisəsinə təhdid mesajları göndərib.
Musavat.com xəbər verir ki, bunu Fransanın təhsil naziri Nikol Bellubet BFMTV kanalında deyib.
"20 təhsil dairəsi üzrə 400-ə yaxın təhsil müəssisəsinə təhdidlər daxil olub. Bu həddən artıq çoxdur və qəbuledilməzdir", - deyə nazir bildirib.
O qeyd edib ki, təkcə ötən həftə Parisdə 150-dən çox məktəbə təhdid mesajları göndərilib.
Yalan təhdidlərin yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat göndərilib. Bir yeniyetmə saxlanılıb.
Musavat.com