Xəbər verdiyimiz kimi, Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu keçirilib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə rekord fəallıq qeydə alınıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, növbədənkənar parlament seçkilərinin ikinci turunda saat 17:00-a (Bakı vaxtı ilə 19:00) seçici fəallığı 59,71% təşkil edib.
Beləliklə, hazırkı rəqəmlər birinci raundun bu saatına dair məlumatı qabaqlayır (59,39%).
Musavat.com